Putin Merkel, Olland və Poroşenko ilə danışdı

putin-merkel-olland-ve-porosenko-ile-danisdi
Oxunma sayı: 645

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Normand dördlüyü” liderləri arasında telefon danışığı zamanı Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə edilib.

Dövlət başçıları bir daha Minsk razılaşmalarının tam yerinə yetirilməsinin ilk öncə təhlükəsizlik və siyasi məsələlər sahələrində vacibliyini təsdiqləyiblər.