Putin Mirziyoyevlə görüşdü - Video - Yenilənib

putin-mirziyoyevle-gorusdu
Oxunma sayı: 1437

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında məhdud tərkibdə görüş başlayıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, dövlət başçılarının görüşü Daşkənddə keçirilir. 

***

Putin görüş zamanı qeyd edib ki, Rusiya və Özbəkistan arasında münasibətlər dinamik şəkildə inkişaf edir. 

Onun sözlərinə görə, ölkəsi Özbəkistan iqtisadiyyatına 10 milyard dollara qədər sərmayə yatırıb və bu göstəricinin artımı üçün potensial mövcuddur.