Putin misirli həmkarı ilə nüvə enerjisindən danışdı

putin-misirli-hemkari-ile-nuve-enerjisinden-danisdi
Oxunma sayı: 1064

Rusiya Prezidenti Vladimir Putinin misirli həmkarı Abdel Fəttah əs-Sisi ilə telefon danışığı olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər nüvə enerjisi sahəsində əməkdaşlığı müzakirə ediblər. Onlar gələcək qarşılıqlı fəaliyyət əhval-ruhiyyəsini təsdiq ediblər.

Putinlə əs-Sisi, həmçinin, müxtəlif səviyyədə gələcək əlaqələr barədə razılaşıblar.