Putin NATO-ya xəbərdarlıq etdi

putin-nato-ya-xeberdarliq-etdi
Oxunma sayı: 3640

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Ukraynada hərbi infrastrukturunu genişləndirməsinin Rusiya üçün “qırmızı xətt” olduğunu vurğulayıb.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə Moskvada keçirilən “Rusiya çağırır” tədbirindəki çıxışında Rusiyanın Ukraynaya hücuma hazırlaşdığına dair yayılan iddialarla bağlı danışarkən deyib.

“Rusiyanın 2021-ci ilin əvvəlində Ukraynaya hücuma hazırlaşdığına dair iddialar yayılmışdı. Ancaq heç bir hücum olmadı. Biz keçmişdə NATO ilə, demək olar ki, müttəfiq idik, lakin bütün istəklərimizə baxmayaraq, onlar sərhədlərimizdə genişlənməyə davam etdilər”, - Putin bildirib.

Putin əlavə edib ki, NATO-nun oxşar sistemləri Ukraynada yerləşdirməsi Rusiya üçün problem yaradacaq:

"Ukraynada hücum sistemləri yerləşdirilsə, Moskvaya uçuş vaxtı 7 dəqiqə olacaq. Hipersonik silahlar yerləşdirilsə, uçuş müddəti 5 dəqiqə olacaq. Bizi bu şəkildə təhdid edənlərə qarşı nəsə hazırlamalıyıq".

Putin bildirib ki, Rusiya da hipersəs raketləri inkişaf etdirir:

"Belə təhdidlərin yaradılması bizim üçün qırmızı xəttdir. Amma ümid edirəm ki, vəziyyət buraya çatmaz. Ümid edirəm ki, dünya ictimaiyyəti üçün sağlam düşüncə və məsuliyyət hissi qalib gələcək”.

Rusiya Prezidenti 2024-cü ildə başa çatacaq prezidentlik müddətindən sonra yenidən namizəd olub-olmayacağı ilə bağlı da danışıb:

"Namizəd olub-olmayacağıma hələ qərar verilməyib. Ancaq namizəd olmaq haqqımın olması daxili siyasi vəziyyəti sabitləşdirir”.

Həmçinin oxuyun: NATO-dan Rusiyaya - Xəbərdarlıq

NATO-dan Rusiyaya - Çağırış

NATO-dan Rusiyaya daha bir - Çağırış