Putin nazir müavinini işdən çıxardı

putin-nazir-muavinini-isden-cixardi
Oxunma sayı: 3719

Rusiya Prezidenti Vladimir Putin Daxili işlər nazirinin müavini Aleksandr Romanovu vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat dərc olunub.

“Ədliyyə general-polkovniki Romanov Aleksandr Vladimiroviç Rusiya Daxili işlər nazirinin müavini vəzifəsindən azad edilsin”, - deyə prezidentin sərəncamında deyilir.

Qeyd edək ki, Romanov DİN-də İstintaq komitəsinin rəisi olub.