Putin nəqliyyat əlaqələrinin açılmasından danışdı - “Razılaşdıq”

putin-neqliyyat-elaqelerinin-acilmasindan-danisdi
Oxunma sayı: 2431

"Regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə açılmasına bundan sonra da kömək göstərmək barədə razılaşdıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.

“Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri ilə sərnişin və yük daşımalarının tam həcmdə bərpasından, ticarət, sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret birgə layihələrin icraya hazırlanmasından gedir.

Bu prosesin bütün iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki, Ermənistanın və Azərbaycanın bütün qonşuları bunda maraqlıdırlar”, - o qeyd edib.