Putin niyə geri çəkildi?

putin-niye-geri-cekildi-
Oxunma sayı: 2479



Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bu məsələyə münasibət bildirərkən deyib ki, hər bir ölkənin öz miqrasiya siyasəti var. Vətəndaşlığa qəbul hər bir ölkənin daxili qanunvericiliyi ilə tənzimlənir: “Bu, hər bir ölkənin suveren hüququdur”.

Rusiyada keçmiş SSRI respublikalarının sakinlərinin vətəndaşlığa qəbulunun sadələşdirilməsilə bağlı qanunu şərh edən nazir müavini bildirib ki,ÿməlum qanun layihəsi digər dövlətlərin mənafelərinə toxunursa, əlbəttə ki, həmin dövlətlər də mənafelərinin qorunması istiqamətində qanunvericilik sahəsində öz tədbirlərini həyata keçirə bilərlər: “Keçmiş SSRI-yə daxil olan respublikalar və ya regiondakı digər ölkələrin vətəndaşlarının sadələşdirilmiş qaydada vətəndaşlığa qəbul olunması və ya olunmamasıÿ bizim məsələ deyil, hər bir dövlətin öz daxili işidir. Lakin bu, Azərbaycan vətəndaşlarına şamil olunarsa, hesab edirəm ki, bu məsələlər hər bir ölkənin qanunvericiliyinə uyğun şəkildə, qarşılıqlı hörmət əsasında həyata keçirilməlidir. Bu məsələlər dövlətlərarası sahədə də tənzimlənə bilər”.
Hüquqşünas ekspert Müzəffər Baxışovun sözlərinə görə, nazir müavinini dediyi qarşılıqlı hörmət məsələsi əslində, siyasi məsələdir: “Hər bir dövlət öz qanununu necə qəbul etməsində müstəqildir. Misal üçün, Azərbaycan vətəndaşlığı haqqında 30 sentyabr 1998-ci ildə qəbul edilən qanun 6 oktybar 1998-ci ildə qüvvəyə minib. Həmin qanuna müəyyən dəyişiklikdən  sonra Azərbaycanda ən azı, 5 il daimi yaşayan insanlar Azərbaycan vətəndaşı ola bilərlər, yəni o vaxta qədər daimi sözü yox idi: ”Azərbaycanda 5 il daimi yaşayan şəxs buranın vətəndaşlığını əldə edə bilər. Rusiyanın da arada məsələni sərtləşdirməsi normal bir şeydir. Dövlət öz vətəndaşlığı haqqında qanunu yumşaldırsa və həmin dövlətdə vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq imkanlarını asanlaşdırırsa, bu, həmin dövlətin daxili işidir. Qarşılıqlı hörməti isə normal qəbul etmək lazımdır. Hər bir dövlət öz vətəndaşlığı haqqında qanunu sərt formada da qəbul edə bilər".

“Azadlıq” qəzeti