Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə görüşə hazırdır, ancaq hələlik anlaşma yoxdur.
“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin ələlxüsus da öz amerikalı həmkarı, prezident Obama ilə dialoqa həmişə hazırdır” – deyib Peskov.
Bundan qabaq xarici işlər naziri Sergey Lavrov bəyan eləmişdi ki, iki ölkə prezidentlərinin BMT Baş Məclisinin sentyabrın 28-də başlayacaq 70-ci yubiley sessiyası çərçivəsində görüşü istisna deyil.
Onun sözlərinə görə, görüş baş tuta bilər, əgər istəklə bağlı siqnal ABŞ tərəfindən daxil olsa.
Son xəbərlər
Son Xəbərlər