Putin onu “Dostluq” ordeni ilə təltif etdi

putin-onu-dostluq-ordeni-ile-teltif-etdi
Oxunma sayı: 3023

ABŞ-li aktyor Stiven Siqal “Dostluq” ordeni ilə təltif edilib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Mükafat Siqala beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə verilib.

Qeyd edək ki, Siqal Rusiya Xarici İşlər Nazirliyinin ABŞ və Yaponiya ilə humanitar əlaqələr üzrə xüsusi nümayəndəsidir.

O, 2016-cı ildə Rusiya vətəndaşlığını alıb.