Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin Kursk vilayətində xüsusi hərbi əməliyyata rəhbərlik etməyi general-polkovnik Aleksey Düminə həvalə edib.
Bu barədə “Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir.
Məlumatda deyilir ki, koordinator vəzifəsini daşıyan hərbçi Rusiya ordusunun hərəkətlərini güc idarələri və yerli hakimiyyət orqanları ilə əlaqələndirəcək. Ali Baş Komandanın əmrinə əsasən, general-polkovnik hazırda rəsmi olaraq Baş Qərargah və ya Rusiya Müdafiə Nazirliyinin əməkdaşı olmamasına baxmayaraq, xüsusi səlahiyyətlərə malikdir. Dumin təkcə ordunun hərəkətlərini deyil, həm də yerli inzibati orqanlar və güc strukturlarını idarə edəcək.
Məlumatda deyilir ki, Aleksey Dümin Kurskda anadan olub. O, 2014-cü ildə Krım əməliyyatının planlaşdırılmasında fərqlənib.