Putin orduda xidmət edən əcnəbilərə vətəndaşlıq verilməsi haqqında fərman imzaladı

putin-orduda-xidmet-eden-ecnebilere-vetendasliq-verilmesi-haqqinda-ferman-imzaladi
Oxunma sayı: 2682

Rusiya prezidenti Vladimir Putin hərbi xidmət müqaviləsi bağlamış əcnəbilərin sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, azı bir il müddətinə müqavilə bağlamış və azı altı ay döyüş əməliyyatlarında iştirak etmiş, xəsarət almış əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər müvafiq ərizələr verə bilərlər.

Sənədə əsasən, həmin şəxslərin həyat yoldaşları, övladları və valideynləri eyni ərizə ilə müraciət edə bilərlər.

Qeyd edək ki, sentyabrın 24-də Putin Rusiya ordusunda xidmət edən əcnəbilərə sadələşdirilmiş formada Rusiya vətəndaşlığını almağa icazə verən qanunu imzalayıb. Söhbət Rusiya Silahlı Qüvvələri ilə ən azı bir il müddətinə müqavilə bağlamış xarici vətəndaşlardan gedir.

İndi əcnəbilərin Rusiyada beş il müddətində daimi yaşaması və ya daha sonra Rusiya pasportu almaq üçün yaşayış icazəsi təqdim etməsi lazım deyil.