Rusiya prezidenti Vladimir Putin Özbəkistanın 865 milyon dollar borcunun silinməsi barədə razılaşmanın ratifikasiya olunması barədə qanunu imzalayıb.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, 25 martda Rusiya Dövlət Duması, 30 martda isə Federasiya Şurası tərəfindən təsdiqlənən qanun layihəsi aprelin 5-də Putinin imzalaması ilə qüvvəyə minib.
Rusiya prezidentinin 2014-cü ilin dekabrında Daşkəndə rəsmi səfəri çərçivəsində imzalanan müqavilədə SSRİ-nin süqutu ilə bağlı qarşılıqlı iddiaların və Özbəkistanın 1992-1993-cü illərdə aldığı kreditlərlə bağlı iddiaların nizamlanması nəzərdə tutulub.
Özbəkistanın SSRi-də Almas Fondundankı payından imtina etməsi ilə Rusiya onun 865 milyon dollar borcunu silib. Yeni qanunun qəbulundan sonra isə Özbəkistan Rusiyaya sadəcə 25 milyon dollar borc ödəyəcək.
Son xəbərlər
Son Xəbərlər