Putin Pan Gi Munu mükafatlandırdı

putin-pan-gi-munu-mukafatlandirdi
Oxunma sayı: 742

Rusiya prezidenti Vladimir Putin bu gün BMT baş katibi Pan Gi Munla görüşüb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin görüşdə BMT baş katibinə “Dostluq” ordenini təqdim edib.

Qeyd olunur ki, Pan Gi mun xalqlar arasında sülh, dostluq, əməkdaşlıq və anlaşmanın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə mükafatlandırılıb.