Putin Papaya baxması üçün bu filmi hədiyyə etdi - Video

putin-papaya-baxmasi-ucun-bu-filmi-hediyye-etdi
Oxunma sayı: 1466

Rusiya prezidenti Vladimir Putin Vatikanda Roma Papası Fransisklə görüşü zamanı ona baxması üçün film hədiyyə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin Papaya Andrey Konçalovskinin “Günah” (“Грех”) filminin diskini bağışlayıb. “Bu çox yaxşı filmdir”, - deyə Putin bildirib.

Papa da V.Putinə Dünya Sülh gününə aid müraciət, Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş medal və Vatikanın təsvir olunduğu, 1774-cü ilə aid qravür hədiyyə edib.