Putin Paşinyanın görüşə gecikməsindən narazı qaldı - Video

putin-pasinyanin-goruse-gecikmesinden-narazi-qaldi
Oxunma sayı: 8503

Xəbər verdiyimiz kimi, Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.

“Qafqazinfo”nun Ermənistan mediasına istinadən məlumatına görə, Paşinyan sözügedən görüşə gecikərək Putini bir müddət gözlədib.

Həmçinin oxuyun: Арестован активист Бахтияр Гаджиев

Bununla bağlı görüntülər isə erməni teleqram kanallarında paylaşılıb. Görüntülərdən Putinin yaranmış vəziyyətdən narahat olduğunu və narazı qaldığını görmək mümkündür.

Xatırladaq ki, müxtəlif vaxtlarda keçirilən görüşlərdə Putini türkiyəli və qırğız həmkarları Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov da gözlədib.