Putin Paşinyanla görüşdü - Yenilənib

Putin Paşinyanla görüşdü
Oxunma sayı: 2649

Moskvada işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısının mətbuat katibi Mane Gevorkyan öz feysbuk hesabında məlumat verib.

***

Görüşdə Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğunun bölgədəki sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm amil olduğunu bildirib: “Əlbəttə, ilk növbədə qeyd etmək istərdim ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasında əsas amil halına gəlir. Bu baxımdan bu gün Dağlıq Qarabağdakı, ətrafındakı,  Ermənistandakı və ümumilikdə bölgədəki təhlükəsizlik sisteminin arxitekturasına dair fikirlərinizi sizinlə müzakirə edəcəyimə ümid edirəm”.

Rusiya Prezidenti isə Cənubi Qafqazdakı inkişafın ən vacib komponentinin ticarət-iqtisadi əlaqələrin bərpası olacağını qeyd edib.

“Əlbəttə, ikitərəfli münasibətlər qurmaq baxımından danışacağımız şeylər var. Əlbəttə ki, ən aktual, ən kəskin məsələlər Dağlıq Qarabağdakı və ətrafındakı vəziyyətin normallaşmasıdır”,- deyə Putin qeyd edib.

Bundan əlavə, iki ölkənin liderləri “Sputnik V” vaksinin tədarükü məsələsini də müzakirə ediblər.