Putin Paşinyanla Qarabağdan danışdı

putin-pasinyanla-qarabagdan-danisdi
Oxunma sayı: 2569

Rusiya Prezidenti Vladimir Putinin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.

"Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinlə Paşinyan Qarabağ məsələsini müzakirə ediblər. 

"Biz ikitərəfli gündəlikdəki bütün məsələlər və regional məsələlər üzrə sizinlə müntəzəm təmasdayıq. Buna baxmayaraq, həmişə çoxlu suallar yaranır. Dialoqumuzun intensivliyini nəzərə alsaq, bu, göz qabağındadır. Biz Qarabağ probleminin həllində Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə üçtərəfli formatda birgə fəal işləməyə davam edirik. Çoxlu suallar var”, - deyə Putin qeyd edib.