Putin Paşinyanla Qazaxıstandakı vəziyyəti müzakirə etdi

putin-pasinyanla-qazaxistandaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1309

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Söhbət zamanı iki ölkə lideri bir sıra məsələlərlə yanaşı, Qazaxıstandakı cari vəziyyət barədə də fikir mübadiləsi aparıblar.