Putin Pekin Qış Olimpiadasına qatılacaq

putin-pekin-qis-olimpiadasina-qatilacaq
Oxunma sayı: 2122

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildəki ilk xarici səfərini Çinə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Putin Pekin Qış Olimpiadasına qatılacaq.

Peskov onu da əlavə edib ki, Putinin 2022-ci il xarici səfər proqramında tək dayanacaq Pekindir.

Qeyd edək ki, ABŞ və onun üç müttəfiqi - Avstraliya, Böyük Britaniya və Kanada 2022-ci il Oyunlarını diplomatik boykot elan ediblər. Bundan sonra Slovakiya da eyni addımı atıb. 2022-ci il Olimpiadasına getməkdən imtinanın rəsmi səbəbi Çində insan haqlarının pozulmasıdır.