Putin peyvənd olunacağı tarixi açıqladı

putin-peyvend-olunacagi-tarixi-aciqladi
Oxunma sayı: 2506

Rusiya Prezidenti Vladimir Putin 23 mart tarixində peyvənd olunacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə peyvəndlənmə ilə bağlı baş tutan iclasda açıqlama verib.

“Vaksinasiya - əlbəttə ki, hər insanın könüllü seçimidir, hər kəsin şəxsi qərarıdır. Yeri gəlmişkən, mən özüm bunu sabah etmək niyyətindəyəm”,- deyə o vurğulayıb.

Putin hansı peyvəndi vurduracağını açıqlamasa da, mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bunun 3 yerli peyvənddən biri olacağını bildirib.

Qeyd edək ki, hazırda Rusiyada müxtəlif sınaq mərhələlərində olan 3 peyvənd istehsal edilir :“Sputnik V”, “EpiVacCorona” və “KoviVak”.