“Putin qalib gəlsə, hamımız ağır bədəllər ödəyəcəyik” - NATO

“Putin qalib gəlsə, hamımız ağır bədəllər ödəyəcəyik”
Oxunma sayı: 2109

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib məqamlara toxunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş katib gələn həftə Rumıniyada keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlaması zamanı Putini ittiham edib.

“Hamımız Rusiyanın Ukraynaya qarşı müharibəsinin bədəlini ödəyirik. Amma biz bu bədəli pulla ödədiyimiz halda, ukraynalılar öz qanları ilə ödəyirlər. Əgər biz Putinin qalib gəlməsinə imkan versək, qarşıdakı illərdə hamımız daha yüksək bədəllər ödəyəcəyik”, - deyə Stoltenberq bildirib.