Putin Qazaxıstana göndərilən sülhməramlılardan danışdı

putin-qazaxistana-gonderilen-sulhmeramlilardan-danisdi
Oxunma sayı: 2251

Qazaxıstanda yerləşdirilən sülhməramlı kontingenti ölkədə məhdud müddətdə qalacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, sülhməramlılar Qazaxıstanda öz funksiyalarını yerinə yetirdikdən sonra respublikadan çıxarılacaqlar.

Rusiya Prezidenti qeyd edib ki, Qazaxıstan beynəlxalq terrorla üzləşib.