Rusiya Qırğızıstandan olan miqrantlar üçün amnistiyanın müddətini uzadıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğızıstanda rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin qırğız həmkarı Sooronbay Jeenbekov ilə görüşdə bildirib.
Onun sözlərinə görə, amnistiya aprelin sonuna qədər davam edəcək.
Amnistiya miqrantlara Rusiyanı müvəqqəti tərk etməyə, hətta ölkədə qalma şərtlərini pozduqları təqdirdə belə sonra yenidən geri qayıtmağa imkan verir.
Son xəbərlər
Son Xəbərlər