Putin qondarma respublikalarla bağlı qərarı bu gün verəcək

putin-qondarma-respublikalarla-bagli-qerari-bu-gun-verecek
Oxunma sayı: 2245

“DXR və LXR-in müstəqilliyinin tanınması ilə bağlı qərar bu gün veriləcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Hörmətli həmkarlar, mən sizin fikirlərinizi eşitdim. Qərar bu gün veriləcək. Bu görüşə görə sizə təşəkkür etmək istəyirəm”, - Putin Təhlükəsizlik Şurasının iclasının sonunda deyib.

Qeyd edək ki, iclasda, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və Şuranın digər üzvləri də iştirak ediblər. Onlar yekdilliklə qondarma respublikaların tanınmasının tərəfdarı olublar.