Putin Quttereşi ukraynalı əsirlərlə görüşməyə dəvət etdi

putin-qutteresi-ukraynali-esirlerle-gorusmeye-devet-etdi
Oxunma sayı: 5809

Rusiya Prezidenti Vladimir Putin BMT və BQXK-nı ukraynalı hərbi əsirlərin necə saxlandığını görməyə dəvət edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin BMT-nin Baş katibi Antonio Quttereşlə görüşündə deyib: 

“Əgər siz, hörmətli cənab Baş katib, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələrini, BMT nümayəndələrini onların necə və harada saxlandığını, yaralıların necə müalicə olunduğunu görmək istəyirsinizsə - buyurun biz belə bir fürsət yaratmağa hazırıq”, - Putin qeyd edib.