“Təbii ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə xüsusi diqqət yetirdik. Bildiyiniz kimi, dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
“Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən çox qaçqın öz evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni obyektlərin mühafizəsi üzrə praktik məsələlər həll olunur”, - Putin qeyd edib.
Son xəbərlər
Son Xəbərlər