Rusiya lideri Vladimir Putin Ermənistanın eks-prezidenti Robert Koçaryana zəng edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd edilir ki, V. Putin keçmiş həmkarını ad günü münasibətilə təbrik edib.
Rus liderin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin telefon danışığı zamanı Ermənistanda Koçaryana qarşı başlanılan cinayət təqibi barədə danışmayıb.
Məlumat üçün bildirək ki, Robert Koçaryan konstitusion quruluşu devirməkdə ittiham edilir. O, 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır.
Qeyd edək ki, R.Koçaryan 64 yaşını qeyd edir. O, 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər