Putin Rusiyada 1 həftə qeyri-iş günü elan etdi

putin-rusiyada-1-hefte-qeyri-is-gunu-elan-etdi
Oxunma sayı: 4210

Prezident Vladimir Putin maaşların saxlanması şərti ilə martın 30-dan aprelin 5-dək olan günləri qeyri-iş günü elan edib. 

"Qafqazinfo" xəbər verir ki, Rusiya Prezidenti bu barədə vətəndaşlara etdiyi televiziya müraciətində açıqlama verib.

Bununla həftəsonları da nəzərə alınmaqla tətil 28 mart şənbə günündən 5 aprel bazar gününə qədər davam edəcək. 

Qərar koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq qəbul edilib.