Putin Rusiyada məcburi peyvəndlənməyə qarşı çıxdı

putin-rusiyada-mecburi-peyvendlenmeye-qarsi-cixdi
Oxunma sayı: 2822

Rusiya Prezidenti Vladimir Putin ölkədə məcburi peyvəndlənməyə qarşı olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə bu gün keçirilən illik mətbuat konfransında münasibət bildirib.

Bununla yanaşı ölkə başçısı bölgə rəhbərlərinin bəzi vətəndaş qrupları üçün qanun çərçivəsində məcburi peyvəndlənmə tətbiqetmə hüququna sahib olduğunu xatırladıb.

“Bu, 1998-ci il qanunu çərçivəsindədir, burada anlaşılmazlıq yoxdur”, - deyə Putin əlavə edib.

Qeyd edək ki, bir sıra Rusiya bölgələrində müəyyən kateqoriyalı vətəndaşlar üçün məcburi peyvəndlənmə tətbiq olunur. Xüsusilə ticarət, ictimai iaşə, otel xidmətləri, dövlət və bələdiyyə xidmətləri, ictimai nəqliyyat və taksilər, təhsil və səhiyyə işçiləri peyvənd olunmalıdır.