Putin Rusiyadan 10 min dollardan çox pul çıxarılmasını qadağan etdi

putin-rusiyadan-10-min-dollardan-cox-pul-cixarilmasini-qadagan-etdi
Oxunma sayı: 3199

Rusiya Prezidenti Vladimir Putin ölkədən 10 min ABŞ dollarından çox məbləğdə nağd valyutanın çıxarılmasını qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə müvafiq fərman imzalayıb.

“2022-ci il martın 2-dən Rusiya Federasiyasından 10 000 ABŞ dolları ekvivalentindən artıq məbləğdə nağd xarici valyutanın və (və ya) xarici valyutada olan pul alətlərinin Rusiya Federasiyasından çıxarılması qadağan ediləcək”, - fərmanda deyilir.

Bundan başqa, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Putin “Rusiya Federasiyasının maliyyə sabitliyini təmin etmək üçün əlavə müvəqqəti iqtisadi tədbirlər haqqında” sənəd imzalayıb.