Putin Rusiyanı bürüyən yanğınlarla bağlı tapşırıq verdi

putin-rusiyani-buruyen-yanginlarla-bagli-tapsiriq-verdi
Oxunma sayı: 1024

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə Sibir və Uzaq Şərqdəki yanğınların söndürülməsinə qoşulmağı tapşırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyi Kremlin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, İrkutsk bölgəsində silahlı qüvvələrin qruplaşması növbəti  xəbərdarlığa qədər saxlanılacaq.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada meşə yanğınları üç milyon hektara yaxın ərazini əhatə edir. İyunun əvvəlindən bugünə qədər ən azı 11 bölgəni alov bürüyüb. Duman artıq Qazaxıstanın bir neçə bölgəsini, Karaqandin bölgəsini, Almatı vilayətinin şimal rayonlarını əhatə edib və Monqolustana çatıb.

Ümumdünya Meteoroloji Təşkilatının nümayəndələri hesab edirlər ki, tüstü və yanma məhsulları qlobal istiləşməni gücləndirə və Arktikada buzların ərimə sürətini artıra bilər.