Rusiya prezidenti Vladimir Putin dünya çempionatının 1/8 final mərhələsində ölkə yığmasının İspaniyaya qarşı keçirəcək oyununu izləməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti Dmitri Peskov məlumat verib.
O bildirib ki, Putin qrafik sıxlığı ilə əlaqədar oyunu stadiondan izləməyəcək: “Qrafik sıxlığı səbəbilə Vladimir Putin oyuna stadiondan baxa bilməyəcək. Lakin o, harda olsa da, komandamızı dəstəkləyəcək”.
Qeyd edək ki, İspaniya Kralı VI Fillip isə Rusiyaya gələrək qarşılaşmaya canlı baxacaq.
Son xəbərlər
Son Xəbərlər