Putin sanksiyalara görə Avropanın maliyyə itkisini açıqladı

putin-sanksiyalara-gore-avropanin-maliyye-itkisini-aciqladi
Oxunma sayı: 2155

“Avropa iqtisadiyyatının Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə itkiləri 400 milyard dolları ötə bilər”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa zonasında ayrı-ayrılıqda ölkələrdə inflyasiyanın artımı artıq 20%-i ötüb.