Putin Sarkisyana 200 milyon ayırdı

putin-sarkisyana-200-milyon-ayirdi
Oxunma sayı: 3356

Rusiya Ermənistana rus silahlarını almaq üçün 200 milyon dollar ixrac krediti ayırıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən erdiyi məlumata görə, İrəvan bu kreditdən 2017-ci ilə qədər istifadə edəcək, lakin onu 10 il ərzində ödəyə biləcək.

Kredit müqaviləsinə görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəş sistemləri və sursatlar, ZRK “İqla-S” və ona uyğun raketlər, “Avtobaz-M” yerüstü müşahidə üçün kəşfiyyat sistemləri, “TOC-A” ağır odsaçan sistemləri ilə”TZM-T” maşınları, “9M113M” idarəedici raketləri, “RPQ-26” qumbaratanları, “B-429E” qoruyucuları, zirehli nəqliyyat vasitələri alıb.