Putin Sarkisyanı təbrik etdi

putin-sarkisyani-tebrik-etdi
Oxunma sayı: 1069


İyunun 30-da Sərkisyanın 60 yaşı tamam olur. “Media forum” saytının məlumatına görə, Sərkisyanla telefon danışığının detalları açıqlanmayıb, təbrik məktubunda isə bu ifadələr yer alır: “Prezident postunda və digər məsuliyyətli dövlət vəzifələrdəki fəaliyyətiniz sizə həmvətənlərinizin hörmətini, beynəlxalq arenada yüksək nüfuz qazandırıb”.

Sərkisyan Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarındandır. 1989-93-cü illərdə Dağlıq Qarabağ silahlılarının başçısı olub. Ermənistanda müdafiə naziri (iki dəfə), Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, daxili işlər və milli təhlükəsizlik naziri, Prezident Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, baş nazir postlarını tutub. 2008-ci ildən Ermənistanın prezidentidir.