Putin seçkilərdə namizəd kimi qeydə alındı

putin-seckilerde-namized-kimi-qeyde-alindi
Oxunma sayı: 1793

Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Putini prezident seçkilərində namizəd kimi qeydə alıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya MSK-nın sədri Ella Pamfilova açıqlayıb.

Onun sözlərinə görə, komissiya bu barədə qərarı yekdilliklə qəbul edib.

Qeyd edək ki, V.Putin seçkilərdə namizədliyi qeydə alınan 4-cü namizəddir. Bundan əvvəl Leonid Slutski, Vladislav Davankov və Nikolay Xaritanovun namizədliyi qeydə alınıb.

Onu da xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.