Putin səfərbərlik prosesindəki səhvlərin düzəldilməsini əmr etdi

putin-seferberlik-prosesindeki-sehvlerin-duzeldilmesini-emr-etdi
Oxunma sayı: 5746

Rusiya Prezidenti Vladimir Putin ölkəsindəki qismən səfərbərlik prosesi ilə bağlı Rusiya Təhlükəsizlik Şurası ilə məsləhətləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  Putin müzakirə zamanı bu prosesdə səhvlərə yol verildiyini və onların düzəldilməli olduğunu qeyd edib.

O, qismən səfərbərlik çərçivəsində yalnız hərbi təcrübəsi olanların xidmətə çağırılmasının lazım olduğunu bildirib:

“Hərbi xidmətə çağırılanlar qoşunlara göndərilməmişdən əvvəl əlavə hərbi təhsil almalıdırlar”.

Vətəndaşların tədarük olunan materiallar, yaşayış şəraiti və bəzi digər məsələlərlə bağlı müxtəlif suallar ünvanladığını bildirən Rusiya Prezidenti “Bütün səhvləri düzəltməli və gələcəkdə buna imkan verməməliyik” deyib.

Putin çox uşaqlı, xroniki xəstəlikləri olan və yaşlılarla bağlı vəziyyətin də nəzərə alınmalı olduğunu vurğulayıb:

“Bir səhv olarsa, düzəldilməli və əsaslandırılmadan hərbi xidmətə çağırılanlar evlərinə göndərilməlidir. Elə hallar var ki, bəzi həkimlər və ya başqa peşələrdən olan mütəxəssislər həqiqətən ehtiyac duyulan ərazilərə deyil, motoatıcı kimi cəlb olunurlar. Niyə? Hərbi hissələrə öz imkanları ilə gələn və çoxlu sayda könüllülər də geri qaytarılır. Həmçinin təcrübələri olmadığı üçün geri göndərilənlər də var. Bütün bunlar tez və ətraflı şəkildə həll edilməlidir”.