Putin Şeremetyevoda ölənlərin yaxınlarına başsağlığı verdi

putin-seremetyevoda-olenlerin-yaxinlarina-bassagligi-verdi
Oxunma sayı: 3021

Rusiya prezidenti Vladimir Putin Şermetyevo hava limanında təyyarə yanğınında ölənlərin ailələrinə başsağlığı verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib: “Prezident qəzada ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Qeyd edək ki, Moskva-Murmansk istiqamətində uçan təyyarənin qəza enişi nəticəsində yanğın başlayıb və 13 nəfər ölüb.