Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayını artırdı

putin-silahli-quvvelerin-sexsi-heyetinin-sayini-artirdi
Oxunma sayı: 1853

Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 2 milyon 389 min nəfərə qədər artırılıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Bununla da, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 180 min nəfər artırılıb. 

Bildirilir ki, onlar arasında hərbi qulluqçuların sayı 1,5 milyon nəfərdir. 

Fərman 2024-cü il dekabrın 1-dən qüvvəyə minəcək.