Rusiya Prezidenti Vladimir Putin İran rəhbəri Məsud Pezeşkianla danışıqlar zamanı Suriyanın gələcəyi haqda danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
Putinin sözlərinə görə, Rusiya Suriyaya yardımı davam etdirəcək, lakin xalq özü dialoq yolu ilə ölkənin gələcəyini müəyyən etməlidir:
“Biz Suriya xalqına vəziyyətin normallaşdırılması, təcili humanitar yardımın göstərilməsi və münaqişədən sonra tammiqyaslı yenidənqurma işlərinin başlanması üçün lazımi dəstəyi göstərməyə hazırıq”.
O, Suriyanın mövcud böhrandan çıxacağına ümid etdiyini əlavə edib və əhaliyə indi yaranmış bütün çətinliklərin öhdəsindən gəlməyi arzulayıb.