Putin Təhlükəsizlik Şurasının iclasında Soçi görüşünün nəticəsindən danışdı - Yenilənib

Putin Təhlükəsizlik Şurasının iclasında Soçi görüşünün nəticəsindən danışdı
Oxunma sayı: 3032

Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Putin üçtərəfli görüş başa çatdıqdan sonra Təhlükəsizlik Şurasının daimi üzvlərinin toplantısını keçirəcək.

***

Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin toplantısını keçirəcək. 

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqların nəticələrini müzakirə edib.

“Mən Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə Dağlıq Qarabağ nizamlanması üzrə apardığım müzakirələrin nəticələri və həmkarlarımla bugünkü iş zamanı əldə olunmuş razılaşmalar barədə qısaca məlumat verəcəyəm. Planlaşdırıldığı kimi, biz ən yaxın tərəfdaşlarımız və ən yaxın qonşularımızla, yəni MDB ölkələri ilə münasibətlərin bütün spektri haqqında daha ətraflı danışacağıq”, - Putin görüşdə iştirakçılara müraciətində deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak bununla bağlı təqdimatla çıxış edəcək.