Putin teraktın törədildiyi əraziyə qırmızı güllər qoydu - Foto

putin-teraktin-toredildiyi-eraziye-qirmizi-guller-qoydu
Oxunma sayı: 640

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində “Texnoloji institut” metrostansiyasının yaxınlığında, terror aktının baş verdiyi ərazidə olub.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Putin Rusiya vaxtı ilə saat 23:00-da baş çəkdiyi əraziyə qırmızı gül dəstəsi qoyub. 

O, hadisəni şərh etməyib və jurnalistlərlə ünsiyyət saxlamayıb.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb.