Putin Tıvanın rəhbərini istefaya göndərdi

putin-tivanin-rehberini-istefaya-gonderdi
Oxunma sayı: 1952

Rusiya prezidenti Vladimir Putin Tıva Respublikasının rəhbəri Şolban Valeryeviç Kara-oolun səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə sərəncam imzalayıb.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sərəncam mayın 23-dən qüvvəyə minib. Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.