KTMT-nin onlayn iclası zamanı Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adını xatırlaya bilməyib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Putin Tokayev Kasım-Jomart Kemeleviçin əvəzinə “Kemel Jomartoviç” deyib. Tokayev isə susaraq adı ilə bağlı səhvə reaksiya verməyib.
Qeyd edək ki, bu, Putinin Tokayevin adını unutması ilə bağlı ilk hadisə deyil. O, 2019-cu ildə Qazaxıstanda prezident dəyişikliyindən danışarkən Nazarbayevin tam adını söyləsə də, Tokayevi sadəcə “yeni prezident” adlandırıb.
Son xəbərlər
Son Xəbərlər