Putin, Tramp və Ərdoğan eyni - Siyahıda

putin-tramp-ve-erdogan-eyni
Oxunma sayı: 659

Amerikanın məşhur jurnalı “Time” dünyanın ən nüfuzli şəxslərinin siyahısını hazırlayıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, “Novatorlar”, “Liderlər”, “Kumirlər” kateqoriyaları üzrə tərtib olunan siyahıda Rusiya prezidenti Vladimir Putin “Liderlər” siyahısında qərarlaşıb.

Siyahıda həmçinin, Böyük Britaniyanın baş naziri Tereza Mey, Hindistan baş naziri Narendre Modi, ABŞ Senatında “Demokratlar”ın lideri Çak Şumer, ABŞ prezidenti Donald Tramp, Massaçusets ştatından olan senator-demokrat Elizabet Uorren, “Wikileaks” portalının yaradıcısı Culian Assanc, Çin prezidenti Kim Çen In, “Microsoft” şirkətinin sahibi Bill Qeytsin xanımı Melinda, Roma Papası Fransisk, Flippin prezidenti Rodriqo Duterte, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər şəxslər var.

Xatırladaq ki, Vladimir Putin, Donald Tramp, Narendra Modi, Culian Asanc 2016-cı ildə də “Time” jurnalının hazırladığı “İlin nüfuzlu insanı” siyahısında yer almışdı.