Putin Trampı təbrik etdi

putin-trampi-tebrik-etdi
Oxunma sayı: 1927

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Söhbət əsnasında Putin “Crew Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya uğurla çatması münasibətilə həmkarını təbrik edib.

Prezidentlər kosmik sferada qarşılıqlı əməkdaşlığın inkişafı üçün birgə mövqedən çıxış etdiklərini təsdiqləyiblər.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisinin göyərtəsində Falcon 9 raketləri iki astronavtla birlikdə mayın 30-da orbitə buraxılıb. 2011-ci ildən sonra ilk dəfə NASA kosmonavtları Rusiyanın “Soyuz” gəmisində deyil, ABŞ-ın kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyaya uçub.