“Putin Trampın seçilməsi üçün...” - ABŞ kəşfiyyatının qalmaqallı hesabatı

putin-trampin-secilmesi-ucun
Oxunma sayı: 3032

Amerika kəşfiyyatı Rusiya lideri Vladimir Putinin ABŞ-da baş tutan son prezident seçkilərinin nəticələrinə təsir etmək üçün kampaniya yürütdüyünü təsdiqləyən hesabat yayımlayıb.

Qafqazinfo” xəbər verir ki, hesabata əsasən, kampaniyada Rusiya xakerləri və RT telekanalı iştirak edib. ABŞ Rusiyanı prezidentliyə namizəd Hillari Klintonu gözdən salmaq və onun seçilməsi şanslarına zərbə vurmağı qarşısına məqsəd qoyduğunu iddia edib. “Bizim bununla bağlı yüksək əminliyimiz var”.