Putin Trampla telefonda danışdı - “Venesuelada hakimiyyəti devirmək...”

putin-trampla-telefonda-danisdi
Oxunma sayı: 8450

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığı olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, rusiyalı liderin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Putinlə Trampın danışığı saat yarım çəkib.

Onlar Şimali Koreya və venesueladakı vəziyyəti, Rusiya, ABŞ və Çin arasında mümkün nüvə razılaşmasını, həmçinin, Müllerin məruzəsini müzakirə ediblər.

Rəsmi Kremlin yaydığı məlumatda bildirilir ki, Putin telefon əlaqəsi zamanı onu da vurğulayıb ki, Venesuelanın işinə qarışmaq və hakimiyyəti güc yoluyla devirmək cəhdləri siyasi həlli sarsıdır: “Venesueladakı situasiya ətrafında aparılan fikir mübadiləsinin gedişində Rusiya prezidenti qeyd etdi ki, təkcə venesuelalılar ölkələrinin gələcəyini müəyyən etmək haqqına sahibdirlər”.