Rusiya Prezidenti Vladimir Putin modernləşdirilmiş “Tu-160M” strateji bombardmançı təyyarəsi ilə uçuş həyata keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilir ki, təyyarə Qorbunov adına Kazan Aviasiya Zavodunun uçuş zolağından havaya qalxıb.
***
Rusiya liderinin “Tu-160M” təyyarəsində uçuşu başa çatıb.
O bildirib ki, 30 dəqiqə davam edən bu uçuşla bağlı təəssüratları yaxşıdır.
Qeyd edək ki, “Tu-160M” bombardmançıları “Tu-160” təyyarələrinin modernləşdirilmiş versiyalarıdır.
Son xəbərlər
Son Xəbərlər