İndi ev xanımlarının qızğın xiyarlı, pomidorlu söhbətləri gedir. Hamı balonlarının boş qalmasından söylənir, turşuluq, konservlik tərəvəz ala bilməməsindən şikayətlənir. Gündən günə bahalaşan meyvə-tərəvəzlə hara gedirik? Payızqabağı camaatımızda vitaminsizləşmə başlayıb. Allah bizi xəstəliklərdən qorusun!
Çatan-çatan meyvə-tərəvəzin qiymətini soruşandan sonra donquldana-donquldana aradan çıxır. Bu gedişlə səhər o başdan turşumuş sifətlərlərin sayı bir az da çoxalır. Bizim başbilənlər deyir, susuzluqdan, quraqlıqdan məhsul azdır.Çoxu da şərh verir ki, Putin xiyar, pomidorumuzu əlimizdən aldı. Biz oturduğumuz yerdə Putinin zibilinəmi düşdük? Rusun rəhbəri sosial-iqtisadi dərdlərini ört-basdır etməyə çalışır. Gündən-günə dərisini cavanlaşdıran, avaz-avaz hər şeyin yaxşı olduğunu bəyan edən Rusiya rəhbəri bizdən nə istəyir? Nə oldu bəs, vaxt vardı bizimkiləri sıxa-sıxa o yandan bizə tərəf qovdururdu, adımız “qara millət” olmuşdu, qorxudan, hürkməkdən bizimkilər xəstəlik tapmışdı, indi nə şirin olduq belə? Jirinovskisi Azərbaycan qarpızından ağzına basa-basa qızarmış sifətindən məmunluq yağdırır. Deyir, hökümətimiz azərbaycanlı tacirlərə şərait yaratmalıdı. Bunlar hər yatıb qalxanda niyə belə sifətlərə düşürlər? Çoxüzlü fiqurlar kimi təzədən gözümüzə girmək istəyirlər?
Hə, indi bu yoldaş Putin Azərbaycanın pomidoru, soğanı, xiyarı, armudu, üzümündən doydu, keçdi qardaş bildiyimiz Türkiyəyə. Bir neçə gündür, Rusiya rəhbəri Türkiyə kəndlilərinə söz göndərir. Türkiyə telekanallarının məlumatına əsasən, Rusiya türkiyəli kəndliləri mal satmağa, bizimkilər kimi piştaxta arxasında oturmağa çağırmır. Putin onları öz ölkəsində əkib becərməyə səsləyir. Görəsən hansı ağılla? Bəlkə, fikirləşir ki rus qızlarının eşqinə türkiyəli kənlilər ev-eşiyini, ailəsini, tarlasını qoyub üzüona tərəf qaçacaq?
Yox Putin, səndən nə dost, nə də yoldaş olar? Sürprizlərini də özünə saxla. Millətini Avropa yemək-içməyindən elədin, özün bilərsən. Amma türkiyəli sənin torpağında işləməz. Sən onsuzda kütləvi şəkildə qızlarını Türkiyədə “işlədirsən”. İş də nə iş, rus qızları üçün içi gedən türkiyəli kişilərin cibini talayırsan. Türkiyə rus qızların əlində qalıb. Güya turizmi ilə qaz vurub qazan doldurur. Day bilmir ki, qazandığı elə öz puludu. Rus qızlarının qaşına, gözünə, bədəninə xəsrlənən pullardı. Qısası Türkiyə sənin qarnını doydudura bilməz. Ağıllı, farağat dur, öz millətinə şirin ol. Səni tanımayana lənət….
Son xəbərlər
Son Xəbərlər